Aslan Kazinoya Qeydiyyat
Aslanda əvəzolunmaz qumar həyəcanı yaşamaq üçün veb-brauzerinizdən sayta keçid etdikdən sonra istifadəçi hesabı açmağınız gərəklidir. Şəxsi hesaba təyin etdiyiniz məlumatları daxil etməklə keçid etmək mümkündür və həyata keçirdiyiniz bütün depozit yatırımları, həmçinin hesabdan məxariclər burada cəmlənəcəkdir. Hesab açılışı çox qısa bir müddət ərzində yalnız istifadəçi adı, e-mail adresi, mobil nömrə və s. kimi sadə məlumatları daxil etməklə həyata keçirilir.
Necə Qeydiyyatdan Keçmək Olar: Addım-addım Bələdçi
Qeydiyyat prosedurunu etap-etap aşağıdakı göstərişləri izləməklə tamamlaya bilərsiniz:
- E-mail ünvanınızı daxil edin və gələcəkdə sistemə daxil olmaq üçün istifadə edəcəyiniz şifrəni təyin edin (hesabınızın təhlükəsizliyi üçün müxtəlif simvollardan, rəqəmlərdən və böyük-kiçik hərflərdən istifadə etdiyinə əmin olun).
- E-mail ünvanınızı təsdiqləyin. Anketin doldurulmasından sonra elektron poçt ünvanınıza təsdiq məktubu göndəriləcək.
- Veb-saytdakı “Şəxsi Hesab” bölməsində telefon nömrənizi təsdiqləyin.
- Veb-sayt dəstəyi üzrə mütəxəssislərə fərdi məlumatlarınızı təqdim edin.
Qeydiyyatdan keçərkən əsl adınızı qeyd etməlisiniz. Təqdim etdiyiniz məlumatların düzgünlüyünü təsdiq etmək üçün Şirkət istənilən vaxt şəxsiyyətinizi təsdiq edən sənədi tələb etmək hüququnu özündə saxlayır. Veb-saytda yalnız bir hesab aça bilərsiniz. Açdığınız digər hesablar “Dublikat hesablar” hesab olunacaq və bağlanacaq.
Aslan Kazino Hesabının Faydaları
Digər onlayn kazino saytlarından fərqli olaraq Aslan sizə minlərlə əyləncəli oyun imkanı təklif etməklə yanaşı ədalətli uduş siyasətinə görə sizə ağlasığmaz miqdarlarda mükafatlar qazandıra bilər. Aslanda hesab açmaqla siz həm də mütəmadi olaraq istifadəçilərlə paylaşılan xüsusi promosiyalar, aksiyalar və bonuslardan da yararlanmış olursunuz. Aslanın üstünlükləri:
- Geniş Oyun Çeşidliliyi
- Dünyaca Məşhur Provayderlərlə Əməkdaşlıq
- Müxtəlif Bonus və Aksiyaların Mövcudluğu
- Mobil-dostu və Rahat İstifadəçi İnterfeysi
- 7/24 Aktiv Müştərlərə Dəstək Xidməti
- Səxavətli Oyun Mükafatları
- Çoxsaylı Ödəniş Metodları
- Sürətli Pul Çıxarışı
Burada hesab açarkən daxil etdiyiniz məlumatların gizliliyi də sistem tərəfindən xüsusi qorunur. Tətbiq etdiyimiz məxfilik siyasəti SSL şifrələməni dəstəkləyir.
Şəxsi Hesaba Daxil Olma
İstənilən veb brauzerə “aslan kazino” kimi açar sözləri daxil etməklə rəsmi səhifəmizə keçid edə bilirsiniz. Açılan pəncərədə Aslan Casino girişi üçün fərdi məlumatlarınızı daxil etməyiniz tələb olunur. Fərdi hesaba keçid etmək üçün isə sol üstdə yerləşən 3 xətt nişanına, ardıcıl olaraq isə “Mən Klubdayam” və “Şəxsi Hesab” seçimlərinə klikləyin.
İstifadəçi hesabı təsdiqlənməsi qanunsuzluq tədbirlərinin önlənməsi üzrə başlıca fəaliyyətdir. Casino Aslanda profil açdıqdan sonra oyunçu əvvəlcə email adresini təsdiqləməli, bunun ardınca isə telefon nömrəsi və şəxsiyyətin təsdiqi prosesini həyata keçirməlidir. Bu təsdiqləmə mərhələlərini uğurla bitirmədən hesabdan hər hansı uduşu çıxara bilməzsiniz. Təsdiqlənmə üçün tələb olunan məlumatlara isə daxildir:
- Ad
- Soyad
- Ata adı
- Doğum tarixi
- E-mail adresi
- Mobil nömrə
- Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi
- Şəxsiyyət vəsiqəsinin şəkilləri və s.
Şəxsi Kabinetə daxil olduqdan sonra açılan pəncərənin sol aşağı küncündə “Şifrəni Dəyiş” seçimi mövcuddur. Həmin düyməni kliklədikdən sonra isə sizdən cari şifrəniz, qoymaq istədiyiniz yeni şifrə və yeni şifrənin təkrar yazılması tələb edilir.
Veb-sayt güzgüsü əslində fərqli bir domen adı altında yerləşdirilən veb-saytın dublikatıdır. Bu onlayn güzgü saytı orijinal saytla eyni məzmuna, xüsusiyyətlərə və funksionallığa sahibdir və əsas səhifə müxtəlif səbəblərdən bloklanmış olsa belə, güzgü səhifə müştərilərə ona daxil olmaq imkanı verir. Aslan casino istifadəçilərinə fasiləsiz girişi təmin etmək üçün veb-sayt güzgüsündən istifadəni təklif edir. Əsas domen bloklanıbsa və ya texniki problemlərlə üzləşibsə, oyunçular asanlıqla güzgü saytına keçə və heç bir müdaxilə olmadan eyni oyun və xidmətlərdən həzz almağa davam edə bilərlər.
Şəxsi hesab interfeysinə ümumi baxış
Şəxsi hesaba keçid etdikdən sonra açılan uzun pəncərədə öz hesab nömrənizi, istifadəçi adınızı, e-mail adresinizi, adınızı, telefon nömrənizi görəcəksiniz. Burada şifrənin dəyişdirilməsi və hesabdan çıxış kimi seçimlər də mövcuddur. e-mail adresinizin və mobil nömrənizin təsdiqini buradan həyata keçirirsiniz.
Sağ üstdə yerləşən parametrlər səhifəsinə keçid etdikdə isə aşağıdakı seçimlərin aktivasiya və ya deaktivasiya edilməsi ilə qarşılaşırsınız:
- Xidməti məktublar
- Tanıtım məktubları
- Sistemdən avtomatik çıxış
Onun aşağısında isə qeydiyyatdan keçdiyiniz tarix görünməkdədir.
Hesab Məhdudiyyətləri və Silinmə Siyasəti
Aslanda profil açarkən diqqət etməli olduğunuz bir sıra məqamlar var ki, onlara əməl etmədən açılış mümkün olmayacaqdır və ya açılan hesablar tərəfimizdən bloklanaraq silinəcəkdir.
Sosial siyasətin tərkib hissəsi olaraq, 18 yaşına çatmamış şəxslər vebsaytın xidmətlərindən yararlana bilməzlər. 18 yaşından kiçik şəxslərin bu xidmətlərdən istifadə etməsi Qaydaların Pozulması deməkdir. Şirkət oyunçunun on səkkiz yaşına çatmasını təmin etmək üçün istənilən mərhələdə oyunçu yaşı ilə bağlı sənədli sübut tələb etmək hüququna malikdir. Oyunçu yaşını təsdiqləyən sənəd təqdim etmədikdə və ya oyunçunun 18 yaş altı fiziki şəxs olduğu aşkarlanarsa, Casino Aslan xidmətdən istifadəni bağlaya və oyunçunun hesabını dayandıra bilər.
Bu baxımdan ilkin hesab açılışından sonra istifadəçidən fərdi məlumatların doğrulaması tələb olunur, həmin məlumatlardan ilkin olanı da məhz şəxsiyyət vəsiqəsi ilə doğrulamadır. Kazinomuz şərtlərin pozulmasının qarşısını alaraq hər cür qeyri-legal fəaliyyəti məhdudlaşdırır.
Kazino bir nəfər üçün bir hesab prinsipinə əməl edir. Yəni hər bir oyunçu öz adına olan yalnız bir hesabdan istifadə edə bilər. Bu baxımdan profil açarkən öz adınızı daxil etməyiniz tövsiyə edilir. Təqdim etdiyiniz məlumatların düzgünlüyünü təsdiq etmək üçün Şirkət istənilən vaxt şəxsiyyətinizi təsdiq edən sənədi tələb etmək hüququna sahibdir. Əgər hər hansı səbəbdən bu məlumatı təqdim edə bilmirsinizsə, şirkət tələb olunan məlumatları təqdim edənə qədər hesabınızı dayandırmaq və ya təqdim edə bilmədiyiniz təqdirdə hesabınızı həmişəlik bağlamaq hüququna malikdir.
Siz Veb-saytda qeydiyyatdan keçməklə özünüz haqqında dəqiq, tam və etibarlı məlumat verdiyinizi və hər hansı dəyişiklik olarsa, bu məlumatlara müvafiq düzəlişlər edəcəyinizi təsdiq edirsiniz. Bu şərt yerinə yetirilməzsə, şirkət pul çıxarışlarına, bonusların alınmasına məhdudiyyətlər qoya və ya hesabınızı bağlaya bilər.
Hesab Doğrulama Prosesi
Hesabın doğrulanması zamanı e-mail ünvanının və mobil nömrənin təsdiqi ilə yanaşı şəxsiyyətin təsdiqi də önəmlidir.
- E-mail ünvanınızı təsdiqləmək üçün sorğu olunan boşluğa istifadə etdiyiniz elektron poçt ünvanınızı daxil etmək, daha sonra isə həmin ünvana göndərilən təsdiq kodunu saytda müvafiq sorğu çubuğuna qeyd etmək kifayətdir.
- Mobil nömrənin təsdiqi üçün istifadə etdiyiniz mobil operator nömrəsini sorğu çubuğuna daxil etməli, daha sonra isə nömrənizə göndərilən təsdiq kodunu saytdakı sorğu çubuğuna daxil etməlisiniz.
- Şəxsiyyətin təsdiqi üçün isə sizdən kimliyinizi təsdiq edəcək hər hansı bir sənədi (şəxsiyyət vəsiqəsi, passport və s,) bizə göndərməyiniz gərəklidir.
Aslan Kazinodan istifadə edərkən siz aşağıdakılara zəmanət verir və qaydalarla razılaşırsınız:
- Hesabınızdakı vəsaitin əsl sahibi sizsiniz. Sizin tərəfinizdən qeydiyyat zamanı təqdim etdiyiniz bütün məlumatlar doğru, cari, dəqiqdir.
- Şərtləri qəbul etməklə, şirkətin şəxsiyyətinizi və əlaqə məlumatlarınızı yoxlamaq üçün vaxtaşırı yoxlamalar aparıla biləcəyi ilə razılaşrısınız.
- Yoxlamalar zamanı hesabınızdan pul vəsaiti çıxarmaq imkanının şirkət tərəfindən məhdudlaşdırıla biləcəyi ilə razılaşırsınız.
- Yanlış, qeyri-dəqiq, çaşdırıcı və ya natamam məlumat təqdim etdiyiniz təqdirdə şirkət dərhal hesabınızı bağlamaq və ya veb-sayt xidmətlərindən istifadə etməkdən imtina etmək hüququna malikdir.
Hesabın doğrulanması prosesi qeyri-leqal fəaliyyətlərin önlənilməsi məqsədilə həyata keçirilir.