loader

STP MMC

STP MMC

STP-Sumqayıt Texnologiyalar Parkı regionda ilk texnopark olmaqla yanaşı analoqu olmayan layihədir. 22 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən Texnoparkın birinci mərhələsi istifadəyə verilmişdir. Həmin vaxtdan müəssisə daha da inkişaf etmiş, genişlənmiş və 30-dan çox yeni istehsal sahələri yaradılmışdır. STP-də əsasən, ölkənin neft-qaz, enerji, kənd təsərrüfatı, inşaat sektoru və eləcə də digər iqtisadi sahələrdə idxalı azaltmağa yönəldilmiş məhsullar istehsal edilir. İstehsalat 50 hektarı qapalı olmaqla ümumilikdə 152 hektar ərazini əhatə edir.

2020-ci ildə müştəri tələblərinə çevik adaptasiya olunmaq məqsədilə şirkətin biznes və təşkilati idarəetmə forması dəyişdirilərək şirkətlər qrupuna dəyişdirilib. STP-nin tərkibində fəaliyyət göstərən zavod və istehsal sahələri yeni yaradılan biznes vahidləri və müştərək şirkətlər olaraq birləşdirilib. Hazırda STP-nin nəzarətinə 3 müştərək şirkət, 3 biznes vahidi və 1 zavod daxildir

STP-nin Biznes Vahidləri:

  • “STP Global Cable”
  • “STP Alüminium”
  • “STP Polymer”

STP-nin müştərək şirkətləri:

  • “SOCAR-STP”
  • “ STP AH”
  • “ Assan STP Panel”

STP-nin zavodları:

  • “Qaynaq Quraşdırma Zavodu”
  • “Antikorroziya örtükləri zavodu”

STP Şirkətlər Qrupu Azərbaycanın daxili bazarının tələbatını tam ödəməklə yanaşı, müvafiq məhsulların xarici bazara satışını həyata keçirtmək gücündədir. STP yalnız bir çox sənaye və elektroenergetika sahələri üçün məhsul və mühüm avadanlıqlar istehsal edən sənaye mərkəzi deyil, həm də müasir texnologiyaların, innovasiyalı mühəndisliyin geniş profili və ekoloji mərkəzidir.

Bütün istehsalat sahələri aparıcı dünya istehsalçılarının məhsulları olmaqla ən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz olunmuşdur. Yalnız qurğu və avadanlıqlar deyil, istehsalda istifadə edilən xammal da beynəlxalq standartların tələblərinə tam cavab verir. Bu səbəbdən də istehsal olunan məhsulların keyfiyyəti olduqca yüksəkdir.

STP-nin Texnoparkında dünyanın aparıcı ölkələrinin istehsalı olan laboratoriya avadanlıqları ilə təchiz olunmuş “Polimer xammalın, məhsulların və fitinqlərin sınaq laboratoriyası”, “Elektrik məmulatlarının sınaq laboratoriyası” və “Metalların sınaq laboratoriyası” fəaliyyət göstərir. Laboratoriyalar AZS ISO/IEC 17025-2009 standartının tələblərinə uyğun olaraq akkreditasiya olunmuşdur.

İstehsal olunan məhsullar xüsusi sınaqlardan keçərək keyfiyyət göstəricilərinə görə müvafiq uyğunluq sertifikatları ilə təsdiq olunur.

STP Azərbaycan iqtisadiyyatında önəmli yer tutur. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Texnoparkın birinci mərhələsinin açılış mərasimində demişdir: “Sumqayıt Texnologiyalar Parkı Azərbaycan Respublikasının artan iqtisadi qüdrətinin göstəricisidir”. STP-nin ölkəmizin iqtisadi gücünün artırılması və dinamik inkişafına verdiyi töhfələr bu fikrin sübutudur. Yarandığı gündən ölkə və beynəlxalq səviyyəli layihələr üçün müxtəlif məhsullar istehsal edib.

Sumqayıt Texnologiyalar Parkının məhsulla təchiz etdiyi layihələr:

  • “Bakı Olimpiya Stadionu”nun pilləkənlərinin metal konstruksiyası
  • “ Şəmkir Çörək Zavodu”nun metal konstruksiyası
  • “ İsmayıllı Velosiped Zavodu”nun metal konstruksiyası
  • “ Karbamid” zavodunun metal konstruksiyası
  • Qazaxıstanın “Tengizchevronoil” neft yatağının enerji kabelləri ilə təchiz olunması
  • Qazaxıstanın Aktoqay Dağ Mədən Kombinatının enerji kabelləri ilə təchiz olunması

“Sumqayıt Texnologiyalar Parkı” 2017-ci ildən “Sumqayıt Kimya Sənaye Parkı”nın rezidenti statusunu almışdır.