loader

STP Aluminium

STP Aluminium

“STP Alüminium” “Alüminium və mis profilləri zavodu” və “Texniki Qazlar zavodu”nun idarəsini həyata keçirdir.

Alüminium və Mis Profilləri Zavodu

“Alüminium və Mis Profilləri Zavodu” 2014-ci ildə istismara verilib. Zavodda alüminium əritmə və pəstahalma, alüminium profillərin istehsalı, toz boya, mis əritmə və mis profillərin istehsalı sahələri fəaliyyət göstərir.

“Alüminium əritmə və pəstahlama sahəsində xammal xüsusi sobalarda əridilərək profillərin istehsal sahəsinə göndərilir. Burada uzunluğu 6 m, diametri 152 mm, 178 mm, 203 mm və 254 mm olmaqla, tərkibi və mexaniki xüsusiyyətləri EN 573-3 standartının tələblərinə uyğun AA6060, 6061, 6063, AD-31 markalı pəstahlar istehsal olunur. İllik istehsal həcmi 30000 tondur.

“ “Alüminium və Mis Profillər Zavodu”nun iştirak etdiyi iri layihələr:

  • İri layihələrdə iştirak edilməyib.

“Burada istehsal olunan pəstahların həm kimyəvi, həm də fiziki xüsusiyyətləri standartın tələblərinə tam uyğun gəlir. Bu isə istismarda olan həm əritmə sobalarının, həm də tökmə maşınının və homogenizasiya kompleksinin yüksək keyfiyyəti, texnoloji personalın ustalıq səviyyəsi və texnoloji reqlamentin tələblərinə tam riayət olunması ilə əlaqədardır.

“Alüminium profillərin istehsalı sahəsində pəstahların preslənməsi yolu ilə müxtəlif en kəsikli və konfiqurasiyaya malik profillər və zolaqlar istehsal olunur.

“Toz boya sahəsinin aylıq layihə gücü 240 tondur. İstismara 2015-ci ildə verilib. İstifadə olunan avadanlıqlar Türkiyənin “BOTERSAN” şirkətinə məxsusdur.

  • müxtəlif diametrli pəstahlar
  • fasad profillər
  • uzunluğu 6 metr, diametri 152 mm, 178 mm, 203 mm, 254 mm olan alüminium boşluqlar
  • isti və soyuq seriyalı profillər
  • pəncərə sistemləri
  • yüksək gərginlikli otaqlarda istifadə olunan alüminium və mis elektrik şinləri
  • standart profillər
  • habelə müştəri istəyinə uyğun müxtəlif en kəsiyə və konfiqurasiyaya malik boyalı və boyasız profillər

İstehsal prosesində beynəlxalq standartlara cavab verən xammaldan və avadanlıqlardan istifadə olunur.

“2015-ci ilə istismara verilən toz boya sahəsinin aylıq layihə gücü 240 tondur.

“Hazırda mis profillər sahəsi istismara verilmədiyindən fəaliyyət göstərmir.

Texniki Qazlar zavodu

“ “Texniki Qazlar zavodu” Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən unikal müəssisələrdən biridir. Zavod 2011-ci ilin may ayında fəaliyyətə başlamışdır. Hal-hazırda zavodda yüksək keyfiyyətli maye və qaz halında oksigen, azot, karbon və arqon istehsal edilir.

“İstehsal proseslərində Avropa texnologiyalarının tətbiqi Azərbaycanda öz keyfiyyət göstəricilərinə görə yüksək təmizlik dərəcəsinə malik maye və qaz məhsullarını istehsal etməyə geniş imkan yaradır.

“ “Texniki Qazlar Zavodu”nun iştirak etdiyi iri layihələr:

  • “İcbari Tibbi Sığorta Dövlət Agentliyi” ilə əməkdaşlıq edərək “COVİD-19” pandemiyası dövründə ölkə xəstəxanalarının 80%-dən çoxunun oksigen qazına olan tələbatını tam ödəməkdədir.

“Texniki qazlar neft və qaz sənayesi, neft-kimya məhsulları, kimyəvi maddələr, enerji, polad tökmə istehsalı, tibb sahəsində, şüşə sənayesində, elektronika sənayesində, laboratoriyalarda, yanğınsöndürmə sahəsində, metallurgiya sənayesində və ətraf mühitin mühafizəsi sahəsində geniş istifadə olunur.

“Zavod üç istehsal sahəsindən ibarətdir:

  • Oksigen, arqon, azot istehsalı sahəsi;
  • karbon qazı istehsalı sahəsi;
  • oksigen, arqon, azot balondoldurma sahəsi.

“ “Texniki Qazlar zavodu”nda təmizlik dərəcəsi 99.97 % olmaqla maye və qaz halında oksigen, təmizlik dərəcəsi 99.9995 % olmaqla azot və təmizlik dərəcəsi 99.9995 % olmaqla arqon, təmizlik dərəcəsi 99.98 % olmaqla maye karbon, quru külçə və dənəvər formada buz istehsal edilir.

“ “Texniki Qazlar zavodu”nda istehsal olunan maye karbon, külçə və dənəvər formada olan quru buz qida sənayesində istifadə olunur. Bu istehsal sahəsi Respublika Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən verilmiş müsbət rəyə malikdir.

“Bu zavodun məhsulları uyğunluq və gigiyenik sertifikatlarla təmin olunur.

“Texniki qazların balonlara doldurulması sahəsi ən müasir tələblərə cavab verən manifold vakuumlama sistemi ilə təchiz edilmişdir. Qaz silindirlərinin doldurulmadan öncə bu sistem vasitəsi ilə vakuumlaşdırılması müştərilərə yüksək keyfiyyətli məhsul təklif olunmasına zəmanət verir.

“Müəssisə maye qaz daşıyan xüsusi nəqliyyat vasitələrinə malikdir. İstehsal olunan məhsulların sifarişçilərə çatdırılması, o cümlədən qaz balonlarının yerində doldurulması xidmətləri də mövcuddur.

“Gələcəkdə “Texniki Qazlar zavodu”nda qaz silindirlərinin təmiri, sınağı və rənglənməsi sahəsinin yaradılması, Hidrogen qazı istehsalı sahəsinin yaradılması da nəzərdə tutulmuşdur.

“Məhsullar:

  • Arqon Ar
  • Karbon dioksid CO2
  • Oksigen O2
  • Azot N2
  • Arqon miks (Ar+CO2 qaz qarışığında CO2-un konsentrasiyası 2÷50%-ola bilər
  • Külçə və dənəvər formada quru buz