Telefon *0990
Email : [email protected]
“STP Polimer” regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biridir. 2009-cu ilin dekabrından fəaliyyətə başlayan bu zavod müxtəlif polimer məhsulların istehsalı üzrə ixtisaslaşıb. Hal-hazırda zavodda polimer boru istehsalı sexləri, termoplast sexi və PVC profil sexləri 80-dən artıq müxtəlif təyinatlı istehsal xətlərini əhatə edir. Bütün istehsal prosesləri Almaniya, Avstriya, İtaliya və Türkiyənin qabaqcıl şirkətlərinin ən müasir texnoloji avadanlıqlarının köməyi ilə həyata keçirilir. Məhsulların istehsalında yüksək keyfiyyətli xammaldan istifadə olunur.
“Polimer Məmulatları zavodu”nda boru istehsalı əsas yer tutur:
Sadalanan bütün boru növlərinin quraşdırılması üçün zavodda diametrindən və materialından asılı olaraq geniş çeşidli fitinqlər, genağız və kipləşdirici rezin halqalar, flanslar və flans adaptorları da istehsal edilir.
Zavodda həmçinin İtaliya texnologiyası əsasında pətəkvari polikarbonat lövhələr və onların birləşdirici profilləri də istehsal olunur. Fasad və dam örtükləri sistemlərində istifadə edilən məsaməli polikarbonat panellər isə zavodun yeni məhsullarındandır.
“Polimer Məmulatlar zavodu”nda həmçinin yüksək keyfiyyətli PVC qapı-pəncərə profilləri də istehsal olunur. Təklif olunan profillər Avropada müvafiq pəncərə profillərinə qoyulan keyfiyyət tələblərinə və eləcə də ГОСТ 30673-99 standartına uyğun olaraq A sinfinin tələblərinə cavab verir.
Zavodda istehlak malları sırasına daxil olan PE örtüklər, onların əsasında müxtəlif təyinatlı PE paketlər, müvəqqəti çəpərləmələr üçün nəzərdə tutulan plastik torlar, plastik meyvə yeşikləri, polipropilen stol və stullar, stadion oturacaqları və s. məhsullar istehsal olunur.
İstehsal olunan bütün hazır məhsulların keyfiyyət göstəriciləri müvafiq laboratoriyalarda aparılan sınaqlarla təsdiq olunur və Dövlət reyestrində qeydiyyata alınmış sertifikatla təmin olunur.
İllik istehsal gücü 250000 ton olan Polimer Məmulatlar zavodunun istehsal sahələri gündən-günə genişlənir və məhsul çeşidləri artır.
Məhsullar: