Telefon *0990
Email : [email protected]
“ASSAN STP Panel” Sumqayıt Texnologiyalar Parkında 2014-cü ilin iyulunda fəaliyyətə başlamış Sendviç Panellər Zavodunun əsasında yaradılıb. Şirkət 2021-ci ildə Türkiyənin ən köklü qruplarından Kibar Holdinqə məxsus “Assan Panel” şirkəti ilə STP-nin əməkdaşlığı nəticəsində Müştərək şirkət kimi fəaliyyətə başlayıb.
Türkiyənin “Kibar Holdinq” şirkəti hazırda avtomobil, qida, metal, enerji, daşınma, inşaat və s. istiqamətlərdə fəaliyyət göstərir. “Hyundai”, “Posco” və “Daewo” kimi dünya şirkətləri ilə tərəfdaşlıq edir.
“Assan Panel” 1990-ci ildə “Kibar Holdinq” tərəfindən Tuzla, İstanbulda qurulub. İllik istehsal həcmi 4.000.000 m² olub. Qısa zamanda Türkiyədə daha iki yerdə, İsgenderun və Balıkesirdə istehsalat quran “Assan Panel” 2012-ci ildə İordaniyada illik istehsal həcmi 4.500.000 m² olan Kibar Industry-Assan Panel zavodunu yaradıb.
“Sendviç Panellər Zavodu”nda istehsal olunan sendviç panellər yüngül olmaqla yanaşı, yüksək istilik və səs izolyasiyası, asan quraşdırılma və sökülmə, uzun ömürlülük və korroziyaya davamlılığı ilə fərqlənir. Bu məhsullar müxtəlif iqlim zonalarında xarici və daxili arakəsmə divarlar və dam üçün çox zəruri inşaat materiallarıdır. İstehsal olunan divar və dam panellərinin alt və üst örtüklərinin uzununa konturu trapesvari olub, qapalı kilidlənəndir və ayrı xətlərdə hazırlanır. Sendviç panellərinin rəngi sifarişçinin arzusundan asılı olaraq “RAL” rəng kataloqundan seçilir. Panellərin dam və ya divar növlü olmasından asılı olmayaraq metal lövhələrin arasına izosianat, poliol, pentan və katalizator vurulur. Sendviç Panellərin istehsalında 0,3-0,8 mm qalınlıqda eni 1090; 1150 və 1250 mm olan polimer örtüklü polad təbəqələrdən istifadə edilir.
Sendviç Panellər Zavodunun əməkdaşlıq etdiyi layihə və şirkətlər:
Alüminium kompozit lövhələr (alkapon) sahəsində istehsal olunan məhsullar yüngül, korroziyaya davamlı, asan quraşdırılan üzlük inşaat materiallarıdır. İstehsal prosesində qalınlığı 0,2÷0,5 mm, eni 1000, 1250 ,1500 və 1600 mm olan alüminium təbəqələrdən, Al(OH)3, LDPE, yapışqan qatran, affiniti qatqısı, sonqnoks və üzlük materiallarından istifadə edilir. İstehsal olunan panellərin qalınlığı 2; 3; 4; 5 mm, rəngi isə sifarişçinin tələblərinə uyğun müxtəlif rənglərdə (o cümlədən qırmızı, ağ, mavi, şəffaf və s.) ola bilər.
İstehsal proseslərində Almaniya, Türkiyə, Cənubi Koreya, İtaliya və Çinin bu sahə üzrə aparıcı şirkətlərinin avadanlıqlarından istifadə olunur.
Zavodda sendviç panellər və alüminium kompozit lövhələrdən (alkopan) əlavə aşağıdakı məhsullar və xidmətlər təklif olunur:
Müəssisənin potensialı müştərilərin sifarişini vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirməyə tam imkan verir.